İSTEHSALAT

METAL KONSTRUKSİYA


Müəssisəmizin Metal Konstruksiya istehsalı sahəsi , ağır və yüngül konstruksiyaların hazırlanması ,Müxətlif təyinatlı Çənlərin istehsalı , Maşın mexanizmlərin yığımı, Yük qaldırıcı avadanlıqların yığım , Mobil konstruksiyaların hazırlanması sahəsi və İstehsala hazırlıq və nəzarət bürosundan ibarətdir. Zavodun bu sahə və sexlərində sifarişlər əsasında müxtəlif növdə, ölçüdə və çəkilərdə metal konstruksiyaların, qurğuların hazırlanması, quraşdırılması və müxtəlif maşın-mexanizmlərin hissələrinin təmiri işləri icra edilir.

Metal konsktruksiyaların istehsalı ilə bərabər Kənd Təsərrüfatı texnikalarının istehsalı və servis xidmtələri də tərəfimizdən göstərilməkdədir.


MEXANİKİ EMAL


Mexaniki emal sahəsində metal yarımfabriqatlarının hazırlanması, dəqiq mexaniki emal, mexaniki emal, press işləmləri və termiki emal avadanlıqları ilə təchiz edilmişdir.

Dəqiq mexaniki emal sexi bütünlüklə “CNC” texnologiyaları əsasında mürəkkəb konstruksiyalı maşın-mexanizm detallarının hazırlanmasını üçün lazım olan bütün texniki imkanlara malikdir.


BOYA VƏ ÖRTÜK İŞLƏRİ


Təmizləmə və boya sexində sifarişçinin tələblərindən asılı olaraq tikinti-quraşdırma, maşınqayırma və digər sahələrdə istifadə olunan müxtəlif mürəkkəb dərəcəli metal konstruksiyalar və onların hissələrinin antikorroziya və rənglənmə xidmətləri göstərilir. Sex iki sahədən ibarətdir: qumlama (səthin hazırlanması) və rənglənmə.

Qumlama sahəsində metaldan korroziya əsaslı elementlər, yağlar və yaxud digər çirklər SA 2 və SA 2.5 standartına uyğun səthin üzərindən təmizlənir. Rənglənmədən öncə bu proses edilməyibsə metal konstruksiyanın istifadə ömrü uzun olmur. Yaxşı hazırlanmış səth tipik təbəqəli rəng sisteminə 10 ildən artıq istifadə imkanı verir. Lakin eyni sistem, üzərində kiçik də olsa çirklənmə izləri olan döşəməyə tətbiq edildiyi zaman istifadə ömrü 4-6 il və bəzən bundan da az ola bilir. Qumlama prosesi metal qırıntılarıyla, quru qumla, su ilə, alovla, aşındırma yolu ilə, buxarla, əl ilə və ya mexaniki cihazlar vasitəsilə həyata keçirilir.

Boya sahəsində isə ənənəvi və yeni texnologiyaların tətbiqi ilə materiallar rənglənir.